VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
Far.Az xəbər saytı

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib


VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, mərasimdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər forum çərçivəsində keçirilən panel müzakirələrinin və plenar sessiyaların qlobal sülhün, qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası dialoqun gücləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.

Qeyd olunub ki, dünyada artan gərginliklər və ideoloji ziddiyyətlər fonunda Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər platforma müxtəlif sivilizasiyalar arasında dialoqun qurulmasına, dini və mədəni müxtəlifliyin qorunmasına mühüm töhfə verir.

Bağlanış mərasimində forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür bildirilib.

Çıxışlardan sonra mərasim bədii proqramla davam edib.

Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının sabah Qarabağa səfəri nəzərdə tutulub.

Oxşar xəbərlər

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər