Çexiya gələn ilin iyulundan Rusiyadan neft almağı dayandırmağı planlaşdırır
Çexiya 2025-ci ilin iyul ayından etibarən Rusiyadan neft almağı dayandırmağı planlaşdırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın neft kəmərlərinin operatoru olan MERO dövlət şirkətinin nümayəndəsi Zdenek Dundr “Reuters” agentliyinə bildirib.
“Çexiya gələn ilin ikinci rübündə Qərb ölkələrindən neft tədarükünü artırmağa başlayacağına və iyul ayından etibarən Rusiyadan neft almağı tamamilə dayandıracağına ümid edir”, - o deyib.
Z.Dundrun sözlərinə görə, Rusiya neftinin alışının dayandırılması Trans-Alp Boru Kəmərinin (TAL) ötürücülük qabiliyyətinin artırılması üzrə işlər başa çatdıqdan sonra baş verəcək. Agentliyin məlumatına görə, Çexiya 2022-ci ilin fevralından sonra neftin tədarükü mənbələrini və marşrutlarını aktiv şəkildə diversifikasiya edir. Hazırda ölkə istehlak olunan neftin ümumi həcminin təxminən yarısını Rusiyadan alır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
İğdır-Naxçıvan Qaz Boru Xətti: Strateji layihənin ilk addımları - FOTOREPORTAJ
Azərbaycandan Avropaya 9 milyard kubmetrdən çox qaz ixrac olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













