Bakı bulvarında Çay Festivalı keçirilir
Azərbaycan mədəniyyətində və süfrəsində xüsusi yer tutan çay insanları birləşdirən, qonaqpərvərlik ənənələrini yaşadan mühüm dəyərlərdən biridir.
Çayın Bakı bulvarı ilə tarixən bağlılığı var. Elə bu səbəbdən Dənizkənarı Bulvar İdarəsi çay mədəniyyətini festival formatında təqdim etmək üçün artıq bir müddətdir ki, iş aparırdı.
Çay süfrəsinin bütün elementlərinin əks olunduğu festival ərazisi tədbirin aına və ruhuna uyğun hazırlanıb.
Far.Az xəbər verir ki, festival ərazisində yaradılan çay bağı və yaşıllıqlarla bəzədilmiş söhbətgahlar kimi guşələr ziyarətçilərə asudə vaxtlarını xoş keçirmək imkanı yaradır. Çay süfrəmizin ənənəvi atributlarından biri olan armudu stəkanın 6 metr hündürlüyündə dekorativ təsviri də festivalın diqqətçəkən elementlərindəndir. Dənizkənarı Bulvar İdarəsinin əməkdaşlarının əl işi olan bu dekorasiya Azərbaycan çay süfrəsinin ənənələrini fərqli formada təqdim edir. İşıqlarla bəzədilmiş bu atribut xüsusən axşam saatlatında xoş görüntü yaradır.
Festival çərçivəsində Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrimizə xas şirniyyatlar və Qarabağ və Şərqi Zəngəzurdan gətirilən bitki çayları təqdim olunur. Ziyarətçilər həmçinin çay süfrəsinin ənənəvi atributları, samovarlar və dekorativ əşyalarla tanış ola bilərlər. Festivalda özünəməxsus çay mədəniyyəti ilə seçilən ölkələrin ənənələri də nümayiş etdirilir. Özbəkistabın özünə məxsus çay süfrəsi, çayın vətəni sayılan Çinin çay ənənələri festivalda təqdim olunur.
Tədbirin məqsədi Azərbaycanın milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıların müxtəlif məhsullarını təşviq etmək və çayı yalnız bir içki kimi deyil, insanları birləşdirən mədəni ənənə kimi təqdim etməkdir.
Çay Festivalı oktyabrın 18-dək hər gün saat 12:00-dan 23:00-dək davam edəcək. Festivala giriş sərbəstdir.
Qalereya
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
WUF13 Festivalı çərçivəsində Bakı Dənizkənarı Bulvarında "İctimai proqram" baş tutub
Xanlar Ağalarov: Xəzərin səviyyəsinin azalması Bakı bulvarı üçün də yeni çağırışlar yaradır
Ürəyimiz yananda çay: Bakı bulvarında festival
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













