Gələn il "Mərkəzi Asiya-Azərbaycan - İspaniya" forumu keçiriləcək
Far.Az xəbər saytı

Gələn il "Mərkəzi Asiya-Azərbaycan - İspaniya" forumu keçiriləcək


2027-ci ilin yazında "Mərkəzi Asiya - Azərbaycan - İspaniya" formatında beynəlxalq forumun keçirilməsi planlaşdırılır.

"Report" Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, təklif bu ölkənin kənd təsərrüfatı nazirinin müavini Alişer Şükürovun Antalyada COP31 çərçivəsində İspaniyanın kənd təsərrüfatı, balıqçılıq və ərzaq naziri Luis Planas Puçades ilə görüşündə müzakirə olunub.

Danışıqlar zamanı tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın vəziyyəti və perspektivlərini, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsini və ticari-iqtisadi əlaqələrin gələcək inkişafını da müzakirə ediblər.

Bundan əlavə, tərəflər kənd təsərrüfatı texnologiyaları, istixana təsərrüfatı, toxumçuluq, su ehtiyatlarının idarə edilməsi və aqrologistika sahələrində İspaniya təcrübəsinin Özbəkistanda tətbiqi imkanlarını nəzərdən keçiriblər. Xüsusilə, ölkədə perspektivli İspaniya üzüm sortlarının yetişdirilməsinin genişləndirilməsi və bu sahədə elmi-təcrübi əməkdaşlığın inkişafı müzakirə olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Antalyada 8-ci Etnospor Forumu baş tutub
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər