AMB 9 ayda yerli bankların daimi imkan alətlərinə tələbini açıqlayıb
Far.Az xəbər saytı

AMB 9 ayda yerli bankların daimi imkan alətlərinə tələbini açıqlayıb


Bu ilin yanvar-sentyabr aylarında yerli banklar daimi imkan alətləri üzrə əsasən Azərbaycan Mərkəzi Bankının (AMB) sterilizasiya yönümlü alətlərindən istifadə edib.

"Far.Az" xəbər verir ki, bu barədə AMB-nin 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, 9 ayda 1 gecəlik depozit daimi imkan alətindən istifadə bütün iş günlərində müşahidə edildiyi halda, 1 gecəlik əks-repo daimi imkan alətinə müraciət iş günlərinin yalnız 2 %-də qeydə alınıb.

Hesabat dövründə AMB izafi likvidliyi effektiv idarə etmək, avtonom amillərin monetar şəraitə təsirini neytrallaşdırmaq və AZIR indeksinin uçot dərəcəsinə yaxın trayektoriyada formalaşmasını dəstəkləmək məqsədilə, 7 günlük depozit əməliyyatlarından aktiv şəkildə istifadə edib, 62 depozit hərracı keçirib. Bu hərraclar üzrə orta əməliyyat məbləği 2 milyard 42 milyon manat təşkil edib.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
AMB: 7 günlük depozit portfelinin xüsusi çəkisi 87 % olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
AMB I yarımildə yerli bankların daimi imkan alətlərinə tələbini açıqlayıb
Azərbaycanda gələn il üzrə pul siyasətinin əməliyyat hədəfləri və alətləri məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər