Xorvatiyada qızıl medal qazanan Kənan Nəsibov: "Ən böyük hədəfim dünya və olimpiya çempionu olmaqdır"
Far.Az xəbər saytı

Xorvatiyada qızıl medal qazanan Kənan Nəsibov: "Ən böyük hədəfim dünya və olimpiya çempionu olmaqdır"


Xorvatiyada keçirilmiş Zaqreb Qran-prisində qızıl medal qazanan Azərbaycan cüdoçusu Kənan Nəsibovun ən böyük hədəfi dünya və olimpiya çempionu olmaqdır.

BAKU.WS xəbər verir ki, 22 yaşlı idmançı bu barədə report-a açıqlamasında bildirib.

+100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu yarışla bağlı danışıb:

"Təəssüratlarım əladır. Xorvatiyaya çempionluq üçün gəlmişdim. Buna da nail oldum. Son 2-3 ildə ağır çəkidə yaxşı rəqabət var. Artıq dünya reytinqində Azərbaycanın üç cüdoçusu ilk "20-lik"də yer alır. Karyeramla bağlı ən böyük hədəfim dünya və olimpiya çempionu olmaqdır".

K. Nəsibov 2026-cı ilin onun üçün uğurlu keçdiyini söyləyib:

"2026-cı il mənim üçün yaddaqalan oldu. Böyük turnirlərdə qalib gələrək tarix yazdım. Daşkənddəki "Böyük Dəbilqə"də və U-23 Avropa çempionatında qızıl medal qazandım. Bakıda böyüklər arasında keçirilən dünya çempionatında üçüncü yeri tutdum. Ağır çəkidə bu nailiyyətləri Azərbaycanda heç kim əldə etməmişdi. Buna görə çox sevinirəm. Ailəmə, məşqçilər heyətinə, Azərbaycan Cüdo Federasiyasına təşəkkür edirəm".

Xatırladaq ki, Kənan Nəsibov Zaqreb Qran-prisinin finalında Almaniya təmsilçisi Losseni Koneyə qalib gəlib.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
"Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb
Kənan Nəsibov qızıl medal qazandı
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər