Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
Far.Az xəbər saytı

Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib


Müasir şəhərlərdəki nəqliyyat və hərəkət axınlarının vahid, idarəolunan və səmərəli ekosistemə çevrilməsi Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) müzakirə olunan əsas mövzulardan biri olub. BMT-Habitatın himayəsi ilə təşkil olunan bu ən böyük beynəlxalq tədbir çərçivəsində "Yango Group" şirkəti şəhər infrastrukturunun, nəqliyyatın və mikromobilliyin rəqəmsallaşdırılması sahəsində hazırladığı həlləri təqdim edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə sıx əməkdaşlıq, həmçinin İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də daxil olmaqla aidiyyəti dövlət qurumları ilə fəal qarşılıqlı fəaliyyət çərçivəsində "Yango Group" Azərbaycandakı fəaliyyətini ardıcıl şəkildə genişləndirir.

Şirkətin uzunmüddətli strategiyası regionda dayanıqlı inkişafın dəstəklənməsinə, şəhər infrastrukturunun müasirləşdirilməsinə və yerli biznes üçün yeni imkanların yaradılmasına yönəlib. Bu baxımdan Bakıda yeni iri ofisin açılması, eləcə də WUF13-də ayrıca stendlə iştirak şirkət üçün əlamətdar hadisələrdən olub.

Təqdimat zamanı "Yango Group"un əsas qlobal missiyasına – ayrı-ayrı şəhər sistemlərinin vahid, təhlükəsiz və əlaqələndirilmiş ekosistemdə birləşdirilməsinə, həmçinin şəhər xidmətlərinin rəqəmsallaşdırılmasına xüsusi diqqət ayrılıb.

Şirkət B2C seqmentində marşrutların rahat planlaşdırılması, ictimai nəqliyyatın real vaxt rejimində izlənməsi və təmassız ödəniş üzrə rəqəmsal xidmətlərin şəhər sakinlərinin gündəlik səfərlərini daha rahat etməyə imkan yaratdığı vahid həyat tərzi tətbiqlərinin inkişafını nümayiş etdirib.

"Yango"nun mikromobillik sahəsində həlləri və meqapolis daxilində axınların optimallaşdırılmasına kömək edən logistika xidmətlərinin inkişafı da ekspertlər tərəfindən böyük maraqla qarşılanıb.

Kompleks ekosistemin elementlərindən biri kimi şirkətin şəhər analitikası sahəsində imkanları da təqdim olunub. "Yango" xidmətləri anonim məlumat massivləri toplayır və şəhərlərin mürəkkəb urbanizasiya problemlərinin həllində bələdiyyələrə dəstək göstərə bilir.

Şirkətin alətləri tıxacların azaldılması məqsədilə yol hərəkətinin modelləşdirilməsinə, marşrut cədvəllərinin optimallaşdırılmasına, dayanacaq şəbəkəsinin daha dəqiq tənzimlənməsinə, eləcə də nəqliyyat imkanları məhdud olan ərazilərin təhlil edilərək yaxşılaşdırılmasına imkan verir.

Ekspozisiyanın yüksək beynəlxalq statusunu xarici nümayəndə heyətlərinin ziyarəti də təsdiqləyib. Sərgiyə Monqolustan parlamentinin üzvü, doktor Luvsanjamts Qanzoriq də baş çəkib.

Səfər zamanı monqolustanlı nümayəndə "Yango Group"un "ağıllı şəhərlər" üçün hazırladığı texnologiyalarla ətraflı tanış olub və təqdim edilən rəqəmsal həllərin geniş tətbiq imkanlarını yüksək qiymətləndirib. O, bu cür təcrübənin qlobal səviyyədə infrastruktur sistemlərinin modernləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

"Bakıda keçirilən WUF13 forumunda iştirakımız və Azərbaycandakı fəaliyyətimizin genişlənməsi, o cümlədən yeni ofisin açılması "Yango"nun dövlət və cəmiyyət üçün etibarlı uzunmüddətli infrastruktur tərəfdaşı olmaq niyyətini təsdiqləyir.

Məqsədimiz şəhərlərin inkişafına və rahat rəqəmsal mobilliyə keçidə kömək edən texnologiyaları tətbiq etməkdir. Azərbaycanda dayanıqlı inkişaf üçün böyük potensial görürük və şəhər mühitini hər bir sakin üçün daha rahat edən həllərə investisiya yatırmağa davam edəcəyik", – deyə "Yango" şirkətindən bildirilib.

Oxşar xəbərlər

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər