Edqars Skuya: Azərbaycan və Latviya genişmiqyaslı iqtisadi əməkdaşlıqda maraqlıdır
Azərbaycan Latviyanın mühüm iqtisadi tərəfdaşıdır və bunu son iki ildə ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması sübut edir.
“Far.Az” xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Latviya Respublikasının müstəqilliyinin elan edilməsinin 106-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, hər iki ölkə genişmiqyaslı iqtisadi əməkdaşlıqda, ticarət dövriyyəsinin artırılmasında maraqlıdır: “Gələn il biz iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığı genişləndirməyi planlaşdırırıq. Bundan əlavə, bələdiyyələr arasında fəal əməkdaşlıq əlaqələri qurmuşuq, azərbaycanlı gənclərin Latviyada təhsil almağa marağının artdığını görürük. İcazə verin, Latviya-Azərbaycan münasibətlərinin indiki gözəl vəziyyətinə görə minnətdarlığımızı bildirim. İnanıram ki, xalqlarımızın rifahı naminə əlaqələrimizin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik”.
Səfir vurğulayıb ki, il ərzində çoxlu siyasi və işgüzar səfərlər, o cümlədən Latviya parlamentinin sədri və üzvlərinin, eləcə də hökumətin nümayəndə heyətlərinin səfəri olub.
“Biz həm Azərbaycanda, həm də Latviyada birlikdə çoxlu sayda mədəni layihələr həyata keçirmişik”, - o söyləyib.
Diplomat Bakıda keçirilən COP29 iqlim konfransının yüksək səviyyədə təşkilini də diqqətdən kənarda qoymayıb. “Bu gün COP29 iqlim konfransının başa çatmasından sonrakı ilk iş günü olduğundan bu çox mühüm missiyanın uğurlu nəticələrinə görə hər kəsi təbrik etmək istərdim. COP29-un sədrliyinə və bütün təşkilatçılara belə əlamətdar tədbirin peşəkar keçirilməsinə görə təşəkkürümü bildirirəm və əldə olunmuş razılığa görə təbrik edirəm”, - səfir bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sərnişinlər metro əvəzinə taksini seçirlər - SƏBƏB
-
"Tut" restoranında qida məhsulunda uyğunsuzluq aşkarlandı, icraat başlandı
-
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
-
Bahalı həyat tərzini nümayiş etdirməyin səbəbləri nədir?
-
"Qara ət" narahatlığı: Xaricdən gələn ətlərin təhlükəsizliyinə kim cavabdehdir? - RƏSMİ
-
İlham Əliyev: "İqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur"













