Məşhur "bubble tea" içkisi ilə bağlı xəbərdarlıq: Tərkibində qurğuşun ola bilər
Son illər xüsusilə gənclər arasında populyarlıq qazanan "bubble tea" (boba çayı) içkisi ilə bağlı mütəxəssislər xəbərdarlıq ediblər. Araşdırmalara görə, bəzi nümunələrin tərkibində insan sağlamlığı üçün təhlükəli olan qurğuşun izlərinə rast gəlinə bilər.
Far.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, risk əsasən içkinin tərkibində istifadə olunan tapioka kürəcikləri ilə bağlıdır. Tapioka hazırlanan maniok bitkisi çirklənmiş torpaqdan ağır metalları, o cümlədən qurğuşunu özünə çəkə bilir. ABŞ-də aparılan araşdırmalarda bəzi "bubble tea" nümunələrində normadan yüksək qurğuşun izi aşkarlanıb. Bununla belə, ekspertlər bildirirlər ki, hər içkidə bu problem yoxdur və risk istifadə olunan xammaldan, istehsal ölkəsindən və keyfiyyətə nəzarətdən asılıdır.
Mütəxəssislər qeyd edirlər ki, bir dəfə belə içki qəbul etmək adətən zəhərlənməyə səbəb olmur. Əsas təhlükə qurğuşunun uzun müddət ərzində orqanizmdə toplanması ilə bağlıdır.
Bundan əlavə, "bubble tea" yüksək şəkər və kalori tərkibi ilə də seçilir. Tərkibində süd, şərbət və tapioka olan 500 millilitrlik bir porsiyada 90 qramdan çox şəkər ola bilər. Bu isə piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artırır.
Tapioka nişastalı məhsul olduğundan onun həddindən artıq istehlakı köp, qəbizlik və həzm problemlərinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, içkinin tez-tez qəbul edilməsi böyrəklərə əlavə yük yarada, qan şəkərinin nəzarətdə saxlanılmasını çətinləşdirə və artıq çəki riskini yüksəldə bilər.
Həkimlər xüsusilə uşaqlara, hamilə qadınlara, diabet xəstələrinə, böyrək xəstəliklərindən əziyyət çəkənlərə və artıq çəkili şəxslərə bu içkidən ehtiyatla istifadə etməyi tövsiyə edirlər.
Sağlamlıq risklərini azaltmaq üçün içkinin kiçik porsiyada seçilməsi, şəkərin minimum səviyyədə əlavə olunması, tapioka kürəciklərinin miqdarının azaldılması və bu içkinin müntəzəm deyil, nadir hallarda istehlak edilməsi məsləhət görülür.
Oxşar xəbərlər
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
Bu alkoqollu içkidə UYĞUNSUZLUQ - Satışına qadağa qoyuldu
Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəlinib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Xalq artistini səhnədə oğlu Çarlz müşayiət etdi
-
Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq













