İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı
İranda yanacaq təchizatında yaranan problemlər səbəbindən elektrik enerjisinin verilişi məhdudlaşdırılıb. Bölgələr üzrə fərqlənən fasilələr gündə iki saata çata bilər.
Far.Az xəbər verir ki, elektrik kəsintiləri noyabrın 22-dən tətbiq olunur. İran Milli Elektrik Şirkətinin rəhbəri Məhəmməd Allahdad məhdudiyyətləri yanacaq təchizatındakı problemlərlə əlaqələndirib. Prezident Məsud Pezeşkian isə qaz infrastrukturuna hücumların qış aylarında təchizatla bağlı çətinlikləri artırdığını bildirib.
"Əl-Cəzirə"nin məlumatına görə, İran təbii qaz ehtiyatlarına görə dünyada ikinci, neft ehtiyatlarına görə üçüncü yerdədir. Ölkədə elektrik enerjisinin təxminən 86 faizi təbii qazla işləyən stansiyalarda istehsal olunur. Qaz çatışmazlığı səbəbindən bəzi stansiyalar dizel və mazutdan istifadəyə keçib.
İran Milli Qaz Şirkətinin baş direktoru Səid Təvəkkülinin sözlərinə görə, ABŞ və İsrailin fevralın 28-də başladığı hücumların ilk mərhələsində dörd qaz emalı müəssisəsi zədələnib. Nəticədə sutkalıq 230 milyon kubmetr emal gücü sıradan çıxıb. Bunun təxminən 100 milyon kubmetrlik hissəsi bərpa edilib. Qalan gücün tam bərpası 2028-ci ilədək çəkə bilər.
Enerji mütəxəssisləri bildirirlər ki, uzun illər davam edən sanksiyalar sektorun maliyyə və texnologiyaya çıxışını məhdudlaşdırıb. Köhnəlmiş infrastruktur və artan istehlak da enerji təchizatındakı problemləri dərinləşdirib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Dağlılar Balıq" restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
AQTA Lənkəranda çörək sexində pozuntular aşkarladı, fəaliyyət məhdudlaşdırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"













