"Fitch": SGC risklərə qarşı dayanıqlıdır, yüksək enerji qiymətləri fonunda gəlirləri artır
İrandakı regional gərginlik coğrafi yaxınlığa baxmayaraq, "Cənub Qaz Dəhlizi" (SGC) QSC-nin aktivlərinə zərər vurmayıb və logistikada fasilələrə gətirib çıxarmayıb.
"Far.Az" xəbər verir ki, bu qiymətləndirmə "Fitch" beynəlxalq reytinq agentliyinin SGC-nin reytinqinin təsdiqlənməsinin yekunlarına dair dərc etdiyi hesabatda yer alıb.
"Bundan başqa, 2026-cı ildə şirkət neft və qaz qiymətlərinin gözləntiləri üstələməsi hesabına əlavə fayda əldə edə bilib", - agentliyin analitikləri hesab edirlər.
"Fitch"-dən bildirilib ki, şirkətin dayanıqlığı təkcə əlverişli bazar konyunkturası ilə deyil, həm də səhmdarların strukturundakı son dəyişikliklərlə dəstəklənir. 2026-cı ilin sentyabrında Azərbaycan SGC-nin 12,5 %-lik səhminin Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) beynəlxalq investisiya bölməsi olan "XRG SGC Limited" şirkətinə satışını başa çatdırıb.
"Bununla belə, yeni böyük oyunçunun daxil olması agentliyin reytinq qiymətləndirməsinə təsir göstərməyib, belə ki, dövlət nəzarəti və qərarların qəbul edilməsi üzrə əsas səlahiyyətləri özündə saxlayıb", - hesabatda vurğulanıb.
Eyni zamanda, "Fitch"in analitikləri SGC-nin XRG-nin Xəzər regionundakı digər layihələri ilə sinerji potensialını qeyd edərək, sövdələşməni korporativ idarəetmənin gücləndirilməsi və texnoloji inkişaf baxımından müsbət qiymətləndirirlər.
Şirkətin möhkəm bazar mövqeləri onun fəaliyyətinin miqyası, coğrafi diversifikasiyası və biznesin tam şaquli inteqrasiyası ilə təmin edilir. SGC-nin istehsal dövrü qazın kəşfiyyat və hasilatından (şirkət "Şahdəniz" qaz-kondensat yatağında 16,02 % pay sahibidir) Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Cənubi Avropaya satışı və nəqlinə qədər bütün mərhələlərini əhatə edir. Dəhlizin infrastruktur portfelinə Trans-Anadolu qaz kəmərində (TANAP) 51 %-lik nəzarət paketi, Cənubi Qafqaz Boru Kəmərində 21,02 % və Trans-Adriatik qaz kəmərində (TAP) 20 % daxildir.
Hesabatda həmçinin iqlim gündəliyi və enerji keçidi risklərinə toxunulur. SGC strukturunda aktivlər müxtəlif ekoloji strategiyaları izləyir: belə ki, "BP plc"nin ("A+" reytinqi, "Stabil" proqnoz) Azərbaycan bölməsinin idarəçiliyi altında olan kəşfiyyat və hasilat əməliyyatları 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir, TANAP qaz kəməri isə artıq indidən karbon emissiyalarının nisbətən aşağı intensivliyi ilə seçilir.
"Fitch"in qiymətləndirmələrinə görə, qlobal enerji keçidi səbəbindən şirkətin üzləşdiyi maliyyə təzyiqi aparıcı neft-qaz nəhəngləri ilə möhkəm tərəfdaşlıq və dövlət dəstəyi ehtimalının yüksək olması sayəsində aşağı səviyyədədir. Bununla yanaşı, gələcəkdə iqlim amillərinin reytinqə hər hansı potensial təsiri Climate.VS sistemi çərçivəsindəki cari proqnoz modellərindən fərqlənə bilər - bu, qlobal risklərin qiymətləndirilməsinin dəyişməsindən, şirkətin özünün onlara uyğunlaşma tədbirlərindən və digər mühüm hallardan asılı olacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













