Azərbaycan Çin şirkəti ilə "yaşıl enerji" üzrə əməkdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan Çin şirkəti ilə "yaşıl enerji" üzrə əməkdaşlığı müzakirə edib


Azərbaycan və "China Datang Corporation Ltd." şirkəti arasında günəş elektrik stansiyası və dəniz külək enerjisi layihəsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

"Far.Az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib.

Bununla bağlı müzakirələr Çinin Çindao şəhərində "Kəmər və Yol" təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransı çərçivəsində azərbaycanlı nazirlə şirkətin sədr müavini Li Xiaofei arasındakı görüşdə aparılıb.

Bundan başqa. P.Şahbazov görüşdə Azərbaycanın irimiqyaslı dəniz külək enerjisi layihələrinin inkişafını elektrik enerjisi bağlantıları müstəvisində dəyərləndirdiyini bildirib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Çin şirkəti ilə günəş enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər