Şirvanda axtarışda olan narkokuryer saxlanılıb
Far.Az xəbər saytı

Şirvanda axtarışda olan narkokuryer saxlanılıb


Şirvan şəhərində polisin keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan İ.Rüstəmov saxlanılıb.

"Report"un Aran bürosunun məlumatına görə, adıçəkilən şəxs bir müddət əvvəl tanışı A.Şərifovla birlikdə iranlı narkotacirlə cinayət əlaqəsinə girərək satış məqsədi ilə ondan 4 kiloqramdan artıq narkotik vasitə və narkotik tərkibli metadon həbləri əldə edib.

Narkotacirin Şirvan şəhəri ərazisində qabaqcadan gizlətdiyi narkotik vasitələri götürən zaman A.Şərifov polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə 9 il müddətə azadlıqdan məhrum edilib. Qrupun digər üzvü İ.Rüstəmov isə hadisə vaxtı ərazidən qaçıb və barəsində axtarış elan olunub.

Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam edir, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Şirvanda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Beş tondan artıq narkotik vasitə məhv edilib
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər