Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib
Far.Az xəbər saytı

Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib


Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Sərhəd Polisinin əməliyyat-istintaq idarəsinin əməkdaşları dövlət sərhədini qanunsuz keçmə və ölkə ərazisinə külli miqdarda narkotik vasitə gətirmə ittihamı ilə iki şəxsi saxlayıblar.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, həmin şəxslər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini "Qırmızı Körpü" sektorunun "Vaxtangisi" mühafizə olunan ərazisində qeyri-qanuni yolla keçiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onlardan birinin üzərinə baxış keçirilərkən maddi sübut kimi içərisində tebain (tiryək alkaloidi) adlı narkotik maddə olan polietilen torba aşkar edilərək götürülüb.

Rəsmi açıqlamada saxlanılan şəxslərin kimliyi və vətəndaşlığı barədə məlumat verilməyib.

Fakta bağlı Gürcüstan Cinayət Məcəlləsinin üç maddəsi - dövlət sərhədini qrup halında qanunsuz keçmə (344-cü maddənin 2-ci hissəsinin "a" bəndi), külli miqdarda narkotik vasitələri qanunsuz əldə etmə və saxlama (260-cı maddənin 2-ci hissəsinin "a" bəndi) və onların ölkə ərazisinə külli miqdarda qanunsuz gətirilməsi (262-ci maddənin 2-ci hissəsinin "a" bəndi) üzrə istintaq aparılır.

Qeyd edək ki, irəli sürülən ittihamlara əsasən, təqsirləndirilən şəxsləri 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Beş tondan artıq narkotik vasitə məhv edilib
Bu ilin beş ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3766 cinayət faktı aşkarlanıb
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər