Hörmüz boğazından keçən tanker minaya düşüb
Far.Az xəbər saytı

Hörmüz boğazından keçən tanker minaya düşüb


Qanem adasının şimalında Hörmüz boğazından keçən bir tanker minaya düşüb.

"Far.Az" xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatında bildirilib.

"Bu gün səhər saatlarında iki neft tankeri Hörmüz boğazında Qanem adasının şimalından gizlicə keçməyə cəhd edib. Onlardan biri minaya düşüb. Onu müşayiət edən ikinci tanker isə geri dönməyə məcbur olub" - məlumatda vurğulanıb.

Qeyd olunub ki, son günlər icazə verilməyən marşrutla keçməyə cəhd edən neft tankerlərinin sayı kəskin azalıb, bu da Hörmüz boğazının şərq və qərb hissələrinə tam nəzarət olunduğunu sübut edir.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Əhmədlidə üç il əvvəl tikintiyə icazə verilməyən ərazidə AĞACLAR QIRILDI, yerinə daş döşəndi - Sakin ŞİKAYƏTİ
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər