Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakant yer seçimi mərhələsinin nəticələri elan edilib.
Far.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, müsabiqə incəsənət təhsili sahəsində insan resurslarının inkişaf etdirilməsi, məktəb və mərkəzlərin kadr potensialının gücləndirilməsi və vakant vəzifələrə ixtisaslı müəllimlərin cəlb olunması məqsədilə keçirilib.
İşə qəbul prosesində şəffaflığın təmin edilməsi və namizədlərin vahid meyarlar əsasında qiymətləndirilməsi məqsədilə müsabiqənin test və müsahibə mərhələləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilib. Hər iki mərhələnin yekununa əsasən, 199 namizəd uğurlu nəticə əldə edib.
Namizədlər vakant yer seçiminin nəticələri ilə MyCulture vahid şəxsi kabinetində tanış ola bilərlər.
İşə qəbul olunan müəllimləri təbrik edir, onlara bu şərəfli vəzifədə uğurlar arzulayırıq!
Oxşar xəbərlər
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













