Rusiya səfiri Polşada raket qalıqlarının aşkarlanması ilə əlaqədar Kanada XİN-ə çağırılıb
Kanada Xarici İşlər Nazirliyi Polşa ərazisində raket və dron qalıqlarının aşkar edilməsindən sonra Rusiyanın Ottavadakı səfirini çağırıb.
"Far.Az" xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
"Kanada müttəfiqləri ilə çiyin-çiyinə dayanır. Biz NATO ərazisinin müdafiəsinə və Ukraynaya dəstəyə tam sadiqik", - məlumatda qeyd olunub.
Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov, Avropa İttifaqı və NATO ölkələrinin hava məkanının qəsdən pozulması ilə bağlı ittihamları təkzib edib.
"Polşa ilə bağlı son insident bir daha göstərdi ki, Qərb hökumətləri inandırıcı sübutlar təqdim etmədən və hətta baş verənlərin şəraitini Moskva ilə qurulmuş əlaqə kanalları vasitəsilə əvvəlcədən aydınlaşdırmağa cəhd etmədən bu cür ittihamları ictimai şəkildə irəli sürməyə tələsirlər. Belə yanaşma bu ittihamlara olan inamı sarsıdır", - səfirin diplomatik nümayəndəliyin "Telegram" kanalındakı bəyanatında qeyd olunub.
Xatırladaq ki, noyabrın 20-də Polşanın Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış ölkə ərazisinə iki Rusiya raketinin və pilotsuz uçuş aparatının düşdüyünü bildirib. Qalıqlar Lyublin və Podkarpatye voyevodluqlarında tapılıb, xəsarət alanlar və kritik infrastruktura ziyan yoxdur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Konstitusiya Məhkəməsi: Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə bilər
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
"Bank of Baku"nun sədrinin səlahiyyət müddəti uzadıla bilər













