Sahib Ələkbərov: "Azərbaycan ən yüksək qazlaşdırma səviyyəsinə malik ölkələrdəndir"
Far.Az xəbər saytı

Sahib Ələkbərov: "Azərbaycan ən yüksək qazlaşdırma səviyyəsinə malik ölkələrdəndir"


Azərbaycan dünyada ən yüksək qazlaşdırma səviyyəsinə malik ölkələrdən biridir.

"Far.Az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Hazırda ölkədə qazlaşdırma səviyyəsi 96,5 %-dir. Qazlaşdırmanın ən zəif olduğu yerlər daha çox ucqar, dağlıq kəndlərdir ki, bunun da aradan qaldırılması üçün işlər aparılır", - deyə o qeyd edib.

Bundan başqa, nazir müavininin sözlərinə görə, Azərbaycan gələn ilə çox yaxşı makroiqtisadi şəraitdə daxil olmaqdadır.

"Ortaya çıxan suallara vaxtında cavablar verilir. Bu suallar həmişə olduğu kimi insanlarımızın rifah halının yaxşılaşdırılması istiqamətindədir, müəyyən təkliflərlə bağlıdır. Bunların hər biri müsbət istiqamətdə həllini tapır", - deyə o əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər