Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 2024/2025 mövsümünün başlayacağı tarix müəyyənləşib
Voleybol üzrə həm kişilər, həm də qadınlar arasında Azərbaycan Yüksək Liqasının 2023/2024 mövsümünün başlayacağı tarix müəyyənləşib.
“Report”un Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yarışa dekabrın 3-də start veriləcək.
Həm qadınların, həm də kişilərin Yüksək Liqasında 6 komanda mübarizə aparacaq. Reqlamentə əsasən liqalar 2 dövrədən ibarət olacaq (ev-səfər) və oyunlar dairəvi sistem üzrə keçiriləcək.
Bu dövrələrdən sonra ilk 4 pilləni tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər.
Qadınlar: “Azərreyl", “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC.
Kişilər: MOİK, “Murov Az Terminal”, “Azərreyl", “Xilasedici”, “Gənclər”, “Neftçi”.
Ölkə çempionatının 2024/2025 mövsümündə ilk qarşılaşmalar qadın komandalar arasında keçiriləcək. Dekabrın 3-də qadınların Yüksək Liqasında birinci turun oyunları baş tutacaq. Kişilərin mübarizəsində isə ilk turun oyunları 4-5 dekabr tarixlərində təşkil olunacaq.
Azərbaycan Yüksək Liqası
I tur
Qadınlar:
3 dekabr
14:00. “Gəncə” - “Abşeron”
Gəncə İdman sarayı
15:00. “Milli Aviasiya Akademiyası” - “AZERRAIL”
GİN-nin Voleybol Mərkəzi
17:00. “Murov Az Terminal” - UNEC
Murov Az Terminal VK-nın idman zalı
Kişilər:
4 dekabr
15:00. “Murov Az Terminal” - MOİK
Murov Az Terminal VK-nın idman zalı
17:00. “Neftçi” - “AZERRAIL”
GİN-nin Voleybol Mərkəzi
5 dekabr
16:00. “Gənclər” - “Xilasedici”
Sumqayıt OİK
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Formula 1": "McLaren" pilotu Bakıda qalib olub, yarışın sonunda qəza baş verib - YENİLƏNİB - 5
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
Voleybol üzrə kişilər arasında Azərbaycan Kubokunun sahibi müəyyənləşib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
Britaniyada aviabaza yaxınlığında saxlanılan 5 nəfər girov qarşılığında sərbəst buraxılıb
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
-
FHN-in nəzarət etdiyi çimərliklərdə sudaboğulma halı olub? - RƏSMİ AÇQLAMA













