"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyunda istəkli idik"
"Qarabağ"la oyunda istəkli idik.
"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov doğma meydanda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XV turunun oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qol şansları yarada bildiklərini söyləyib:
"Amma son nöqtəni qoya bilmirdik. Futbolçuların meydanda rahat olmadıqları sezilirdi. Belə qollar buraxmalı deyilik. İşimiz indi başlayır. "Neftçi"də çıxış edirsənsə, sənə bu cür oyunda qiymət verilir. Hədəflərimiz yüksəkdir. Çətin olacaq. Görüləcək işlərimiz də çoxdur. Görünməyən problemlər həddindən artıq çox idi. Amma hər şey yaxşıya doğru gedir. Futbolçuların oyunu haqqında çox danışmaq istəmirəm. Bugünkü hesab məni üzdü".
Abasov nəticəyə görə məyus olduqlarını vurğulayıb:
"Stadionda atmosfer yaxşı idi. Buna görə azarkeşlərə təşəkkür edirəm. Çempionat qarşılaşmalarında sonadək vuruşacağıq. Kubokda da avrokuboka vəsiqə qazana bilərik".
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyunda istəkli idik
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













