Keçmiş məcburi köçkün: Valideynlərimlə çıxdığım Cəbrayıla övladlarımla qayıdıram
“Valideynlərimlə çıxdığım Cəbrayıla övladlarımla qayıdıram”.
Bunu “Report”a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Hüseynov Nürəddin deyib.
Onun sözlərinə görə, Cəbrayılı görmək arzusu ilə doğmaları həyatdan köçüblər: “Şükürlər olsun ki, torpaqlarımız düşmən işğalından azad edilib. Hazırda isə həmin ərazilərdə təmir-bərpa və quruculuq işləri görülür, keçmiş köçkünlər öz doğma torpaqlarına qayıdırlar”.
Keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını ifadə edib, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vətən müharibəsinin başlamasından 4 il ötür
Mehriban Əliyevanın doğum günüdür
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
-
Komitədə iclas keçirildi - Yas mərasimlərində israfçılıq məsələsi müzakirə olundu
-
Lionel Messinin "İnter Mayami"yə keçidi klubun gəlirlərini dörd dəfə artırıb
-
KİV: ABŞ İranla ölkənin mineral ehtiyatlarına çıxışını müzakirə edə bilər
-
Litvanın Aİ Şurasına sədrliyi dövründə prioritetləri bəlli olub
-
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır - EKSKLÜZİV













