Avtomobil almaq asanlaşacaq - FOTO/VİDEO
Araşdırmalargöstərir ki, yeni avtomobilalmaqistəyənlərseçim zamanı kifayət qədər problemlərlə üzləşirlər. Həftəiçi işdən sonra avtosalonların əksəriyyəti bağlı olduğundan, həftəsonu isə tıxaclar ucbatından bir-birindən uzaq məsafədə yerləşən rəsmi diler mərkəzlərinin hamısını əhatə etmək mümkün olmadığından bu proses əsəblər üçün əsl sınağa çevrilir.
Amma tezliklə hər şey dəyişəcək. Azərbaycanda və regionda ən böyük avtomobil satış mərkəzi - Baku Auto Mall – Babək prospektində fəaliyyətə başlayacaq. Yalnız rəsmi dilerlərin təklif etdiyi çoxsaylı modellər arasında seçim etmək çox asan olacaq.
Avtomobili «canlı» görmək, sükan arxasına əyləşmək, rəng və komplektasiya seçmək, test yürüşü həyata keçirmək, eyni qiymət seqmentində təklif olunan bütün modellər ilə müqayisə etmək və nəhayət bir avtomobil alaraq, daha birini lotereyada udmaq şansı əldə ertmək - bütün bunlar yalnız Baku Auto Mall-da reallaşacaq!
Axşam saat 10.00-dək işləyəcək bu mərkəzdə kafe, restoran, uşaqlarla yanaşı həm də böyüklər üçün oyun zonaları (ən müasir avtomobil yarışları simulyatorları) nəzərdə tutulub.
Baku Auto Mall yalnız avtomobilin seçimi deyil, həm də müştərilərə bank, sığorta, tüninq, aksessuarlar, yuma-cilalama kimi kompleks xidmətlər göstərməklə onun almasını rahatlaşdıracaq. Burada həmçinin avtomobil təqdimatları, sərgilər, festivallar, foto- və videoçəkilişlər, konfranslar, internet-forumlar və s. təşkil ediləcəyi planlaşdırılıb.
Baku Auto Mall sayəsində avtomobil seçimi və alışı prosesi mənalı istirahət növü və ailəvi bayrama çevriləcək.
BAKU.WSOxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
İndiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır: Pandemiyadan sonra enməyən qiymət - FOTO - ARAŞDIRMA
Unibankın “Əjdaha” lotereyasının ilk tirajının qalibləri 30 avqustda məlum olacaq
Xaricdə işləmək istəyənlər nələrə diqqət yetirməlidirlər?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir



















