Tailand böyük vergi islahatlarına hazırlaşır
Far.Az xəbər saytı

Tailand böyük vergi islahatlarına hazırlaşır


Tailand hökuməti vergi sistemində həm hüquqi, həm də fiziki şəxslərə təsir edəcək böyük islahatlar planlaşdırır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, islahatların anonsunu ölkənin Maliyyə Nazirliyi verib.

Nazirlik bəyan edib ki, məqsəd iqtisadi rəqabət qabiliyyətini artırmaq və gəlir bərabərsizliyini azaltmaqdır.

Vergi sahəsində atılması planlaşdırılan addımlardan biri hüquqi şəxslər üçün gəlir vergisi dərəcəsinin 20 %-dən 15 %-ə endirilməsidir. Bununla Tailandı beynəlxalq investorlar üçün daha cəlbedici etmək və ölkəni qlobal vergi standartlarına uyğunlaşdırmaq hədəflənir.

Bundan başqa, fiziki şəxslər üçün gəlir vergisi dərəcəsinin 35 %-dən 15 %-ə endirilməsi nəzərdə tutulur. Bununla isə digər ölkələrdən istedadlı insanları ölkənin inkişaf etməkdə olan iqtisadiyyatına cəlb etmək planlaşdırılır.

Əvəzində hökumət hazırda 7 % olan əlavə dəyər vergisi (ƏDV) dərəcəsini artırmaq istəyir. Tailandın maliyyə naziri Piçay Çunxavadjira bildirib ki, ƏDV-nin artırılması çətin olsa da, iqtisadi bərabərsizliyi azaltmaq üçün vacib bir vasitə ola bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər