Məcnun Məmmədov Ağcabədidə vətəndaşları qəbul edəcək
Far.Az xəbər saytı

 Məcnun Məmmədov Ağcabədidə vətəndaşları qəbul edəcək


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dekabrın 13-də saat 09:00-da Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Far.Az” nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-366-44-58) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Məlumata görə, qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Oxşar xəbərlər

Məcnun Məmmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edəcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Zəfər tarixindən səhifələr: Laçın şəhərinin azad olunmasından iki il ötür - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər