Taqanroqda sənaye obyektinə raket hücumu olub
Far.Az xəbər saytı

Taqanroqda sənaye obyektinə raket hücumu olub


Rusiyanın Rostov vilayətinin Qara dəniz sahilində yerləşən Taqanroq şəhəri raket atəşinə tutulması nəticəsində sənaye müəssisəsinə ziyan dəyib.

“Far.Az” xəbər verir ki, bu barədə regionun qubernatoru Yuri Slüsar teleqramda bildirib.

“Bu gecə Taqanroq raket hücumuna məruz qalıb. Sənaye müəssisəsi zərər çəkib, dayanacaqda 14 avtomobil yanıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb. Dəymiş ziyanın həcmi dəqiqləşdirilir”, – region başçısı yazıb.

Yerli vaxtla 04:30-da (Bakı vaxtı ilə 05:30) Taqanroqda hava həyəcanı təbili çalınıb, mer Svetlana Kambulova pilotsuz uçuş aparatlarının hücumu barədə məlumat verib və Taqanroq sakinlərini təhlükəsizlik tədbirləri görməyə çağırıb.

“Mümkün olduqda aşağı mərtəbələrə, zirzəmiyə enin. Pəncərəsiz bir yer tapın, döşəməyə oturun”, – o yazıb. Yarım saat sonra həyəcan siqnalı ləğv edilib.

“Astra” nəşri hadisə şahidlərinə istinadən hücum uğrayan obyektin Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi olduğunu açıqlayıb.

Xatırladaq ki, daha əvvəl ölkənin Bryansk vilayətinə dron hücumu olmuşdu.

Oxşar xəbərlər

Gəncəyə edilən raket hücumları nəticəsində dəymiş ziyanın məbləği açıqlanıb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür
Ukrayna PUA-larla Rostov vilayətində bir neçə gündür yanan neft anbarına yenidən hücum edib - VİDEO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər