"Qarabağ"ın 5 oyunluq cəzalandırılan baş məşqçisi: "Hakim "Sabah"la oyunu birtərəfli idarə etdi"
Far.Az xəbər saytı

"Qarabağ"ın 5 oyunluq cəzalandırılan baş məşqçisi: "Hakim "Sabah"la oyunu birtərəfli idarə etdi"


Hakim "Sabah"la oyunu birtərəfli idarə etdi.

Bunu "Report"a açıqlamasında AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan "Qarabağ"ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov deyib.

Mütəxəssis U-17 Liqasında keçirilən "Sabah"la matçın 57-ci dəqiqəsində hakimləri və AFFA-nı təhqir etməsi məsələsinə aydınlıq gətirib:

"Rəqibin futbolçusuna bir neçə epizodda qırmızı vərəqə göstərmədi və ciddi qayda pozuntusu olduğu halda "Sabah"ın qapısına penalti vermədi. Bir müddət sonra dözə bilməyərək dedim ki, "korsan?!" İnanın, meydanda çox biabırçı vəziyyət yaranmışdı. İdarəçilik çox aşağı səviyyədə idi. Əlimizdə epizodların görüntüləri mövcuddur. İstəyən olsa, hər kəsə göndərməyə hazırıq".

O, qarşılşma zamanı AFFA barədə heç bir söz demədiyini vurğulayıb:

"Mənim etirazım və narazılığım hakimlə bağlı olub, sözümü də demişəm. Orada AFFA-nın adı çəkilməyib. Yəqin hakimlər öz adlarını təmizə çıxartmaq üçün AFFA-nın adından istifadə ediblər".

R.Sadiqov bəzən hakimlərin kobud rəftarları ilə qarşılaşdıqlarını söyləyib:

"Aşağı yaş qruplarının oyunlarına təyinat alan hakimlərin bir qismi insanla çox kobud rəftar edirlər. Təbii ki, bu mövzunu hamısına şamil etməyim doğru olmaz. Aralarında çox yaxşı idarəçilik qabiliyyəti olan və ünsiyyət yaratmağı bacaranları var. Hansı ki, məğlub olduğumuz qarşılaşmalardan sonra yaxınlaşıb, onlarla çox mədəni formada sağollaşmışıq. Lakin bəziləri var ki, məşqçilərlə xoş olmayan tərzdə davranırlar. Xahiş edərdim ki, onlarla bağlı ölçü götürülsün. Meydanda mübarizə aparan yeniyetmə futbolçuların üstünə qışqırmaq olmaz. Təəssüf ki, biz belə halların şahidi oluruq. Bu məsələləri nəzarətə götürmələrini istəyərdim".

Qeyd edək ki, AFFA İntizam Komitəsi qarşılaşma zamanı hakimləri və federasiyanı təhqir etməsini əsas gətirərək, Rəşad Sadiqovu 5 oyunluq cəzalandırıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər