Macarıstanın Parisdəki səfirliyində terror aktı təhdidi barədə axtarışlara başlanılıb
Far.Az xəbər saytı

Macarıstanın Parisdəki səfirliyində terror aktı təhdidi barədə axtarışlara başlanılıb


Macarıstanın Parisdəki səfirliyinə terror aktı təhdidi barədə məktub və partlayıcı qurğunun fotoşəkli daxil olub.

“Far.Az” xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto feysbukdakı səhifəsində yazıb.

Qeyd olunub ki, bununla bağlı olaraq Fransa xüsusi xidmət orqanları diplomatik missiyanın binasında axtarışlar aparırlar.

İki axtarış itinin köməyi ilə səfirlikdə axtarış aparılıb.

Macar diplomatları həyatları ilə bağlı daxil olan təhlükə barədə nazirliyə məlumat veriblər.

Nazirin sözlərinə görə, Fransa hakimiyyəti partlayıcı maddələrin axtarışını aktiv şəkildə aparır.

O, həmçinin bildirib ki, təhdid məktubu qonşu ölkədən bir ünvandan gəlib və hazırda Macarıstanın xüsusi xidmət orqanları diplomatlarının təhlükəsizliyini təmin etmək üçün araşdırma aparır.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
Peter Siyarto Macarıstanın Ukrayna ilə bağlı sülh təşəbbüsü çərçivəsində Moskvaya gəlib
Peter Siyarto: Gürcüstanın hakim partiyası kənar müdaxilələrə baxmayaraq seçkilərdə qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər