"PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhər ərazisində obyektlərin birgə inkişafına dair saziş imzalayıblar
Far.Az xəbər saytı

"PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhər ərazisində obyektlərin birgə inkişafına dair saziş imzalayıblar


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumun 13-cü sessiyası (WUF13) çərçivəsində "PAŞA Real Estate" və "Baku White City" arasında bir sıra əsas obyektlərin birgə inkişafına dair saziş imzalanıb.

Sənədi "PAŞA Real Estate" şirkətinin baş direktoru Özgür Geter və "Baku White City" layihəsinin icraçı direktoru Ruslan Sadıxov imzalayıblar.

Saziş bir sıra irimiqyaslı layihələrin birgə həyata keçirilməsini əhatə edir. Onların sırasına "White City Mall" ticarət və əyləncə mərkəzinin inşası, habelə ayrı-ayrı əlamətdar yaşayış və ofis binalarının, hotellərin, konqres zalının və muzeyin tikintisi daxildir. Bundan əlavə, məhəllənin ərazisində böyük ictimai parkinq və şəhər tədbirlərinin keçirilməsi üçün meydan yaradılacaq. Planlaşdırılan hündürmərtəbəli binalar və yeni yaxta limanı paytaxtın unikal sahil siluetini formalaşdıracaq və Bakı buxtasının inkişafı üçün yeni imkanlar yaradacaq.

"Baku White City" layihəsi regionda şəhər transformasiyasının ən irimiqyaslı nümunələrindən biridir. Əvvəllər neft emalı müəssisələrinin və çirklənmiş torpaqların uzun illər cəmləşdiyi Qara Şəhər sənaye rayonu kimi tanınan ərazi bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması haqqında Sərəncamına uyğun olaraq həyata keçirilən kompleks bərpa proqramı sayəsində yenidən qurulur. Davamlı inkişaf prinsiplərinə əsaslanan layihə dünyanın ən böyük keçmiş sənaye zonalarından birini müasir, diqqətlə planlaşdırılmış şəhər rayonuna çevirir.

"PAŞA Real Estate Qrup" şirkəti haqqında

"PAŞA Holding"in tərkibinə daxil olan "PAŞA Real Estate Qrup" daşınmaz əmlaka investisiya, developer fəaliyyəti, tikinti, strateji idarəetmə və aktivlərin istismarı sahələrində ixtisaslaşır. Şirkətin fəaliyyət coğrafiyası Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Monteneqro və ABŞ-ı əhatə edir. Qrupun portfelinə elit hotellər, dünya səviyyəli kurortlar, ticarət kompleksləri, premium yaşayış əmlakı və çoxfunksiyalı layihələr daxildir. Keyfiyyət, etibarlılıq və müştəriyönümlülük prinsiplərini rəhbər tutan "PAŞA Real Estate Qrup" yeni sahə standartları formalaşdırmağa və beynəlxalq səviyyədə öz aktivlərinin dəyərinin davamlı artımını təmin etməyə çalışır.

www.PAŞArealestate.az

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər