Hikmət Hacıyev: Azərbaycan 300 min məcburi köçkünü mənzillə təmin edib
Far.Az xəbər saytı

Hikmət Hacıyev: Azərbaycan 300 min məcburi köçkünü mənzillə təmin edib


Azərbaycan 300 min məcburi köçkünü mənzillə təmin edib.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, münaqişə illərində, xüsusilə, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın ərazilərini işğalı zamanı ölkə ciddi mənzil problemləri ilə üzləşmişdi:

"Həmin dövrdə Azərbaycan hökuməti məcburi köçkünlər və qaçqınlar üçün mümkün olan bütün dəstəyi göstərdi, onlara sığınacaq, əlçatan və münasib qiymətli ərzaq təminatı və digər sosial xidmətlər təqdim etdi. Bununla yanaşı, məcburi köçkünlərin rifahının yaxşılaşdırılması məqsədilə müəyyən dövlət güzəştləri də tətbiq olundu. Onların əsas tələbi isə öz doğma yurdlarına qayıtmaq və orada təhlükəsiz, layiqli şəraitdə yaşamaq idi".

H.Hacıyev bildirib ki, Azərbaycan dövləti həmin dövrün çətin şəraitini nəzərə alaraq, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb:

"Belə ki, təxminən 300 min ev və mənzil inşa edilərək onların istifadəsinə verilib, insanlar üçün daha münasib yaşayış şəraiti yaradılıb".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər