Naxçıvanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq
Far.Az xəbər saytı

Naxçıvanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq


Naxçıvan Muxtar Respublikanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq.

"Report"un yerli bürosunun məlumatına görə, aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından qidalanan Naxçıvan şəhərinin Əliabad, S. Vurğun, Şəhriyar küçələrində, 48, 59, 60 və 61-ci küçələrdə, Əcəmi, İstiqlal və Heydər Əliyev prospektlərində, həmçinin Kəngərli, Şərur, Şahbuz və Sədərək elektrik şəbəkələrində, eləcə də Babək Elektrik Şəbəkəsinin 35/10 kV-luq Cəhri, Kərimbəyli və Nəzərabad yarımstansiyalarında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Bu səbəbdən mayın 26-ı saat 02:00-dan 04:00-dək həmin ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər