Adil Kərimli nazirliyin məsul şəxslərinə vətəndaşların müraciətlərinin araşdırılmasını tapşırıb
Mədəniyyət naziri Adil Kərimli Kürdəmirdə vətəndaşları qəbul edib.
Nazirliyin Mətbuat xidmətindən “Far.Az”a verilən məlumata görə, qəbuldan öncə nazir və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov şəhərin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Rayonun Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən qəbulda Kürdəmir, Ucar, Zərdab, Ağdaş, Yevlax, Göyçay rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətləri dinlənilib.
Vətəndaşlar əsasən işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlər diqqətlə yanaşılması, vaxtında, obyektiv baxılması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Oxşar xəbərlər
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













