Nurmaqomedov azadlığa buraxıldı – məhkəmə qərarı dəyişdi
BƏƏ-də saxlanılan rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov və daha yeddi nəfərlə bağlı məhkəmə qərarı dəyişdirilib. Onların həbs cəzası pul cəriməsi ilə əvəz olunub.
Far.Az xəbər verir ki, bu barədə Əbu-Dabi Məhkəmə Departamenti sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, oteldə baş verən kütləvi dava ilə bağlı mühakimə olunan səkkiz nəfərin cəzası tərəflərin barışması və zərərçəkmiş şəxsin apellyasiya şikayəti əsasında yüngülləşdirilib. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını istəyib.
Yeni qərara əsasən, səkkiz nəfərin hər biri 150 min dirhəm (təxminən 70 min AZN) məbləğində cərimə ödəməlidir. Beləliklə, əvvəlki altı aylıq həbs cəzası pul cəriməsi ilə əvəzlənib.
Qeyd edək ki, Usman Nurmaqomedov noyabrın 11-də Əbu-Dabidəki otellərdən birinin foyesində keçmiş UFC çempionu Merab Dvalişvili ilə yaşanan münaqişədən sonra saxlanılmışdı. Hadisə ilə əlaqədar ümumilikdə səkkiz nəfər məsuliyyətə cəlb edilmişdi.
Bundan əvvəl keçmiş UFC çempionu Həbib Nurmaqomedovun əmisi oğlu Usmanın azadlığa buraxılması üçün Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri ilə danışıqlar apardığı barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Həbib məsələni birbaşa həll etmək məqsədilə BƏƏ-yə yollanıb.
Oxşar xəbərlər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
Həbib Nurmaqomedov BƏƏ-də görüntüləndi - Komanda üzvlərini buraxdırmağa gedibmiş
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













