Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının birgə taktiki-xüsusi təliminə start verilib - FOTO
Far.Az xəbər saytı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının birgə taktiki-xüsusi təliminə start verilib - FOTO




Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminə Cunqariya Alatausu dağlarında start verilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər. Təlimin birinci günündə iştirakçılara dağçılıq ləvazimatlarından istifadə, sıldırım qayaya qalxma və enmə, yüksəklikdə ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyəsi üzrə təlimat-metodiki məşğələlər keçirilib.

Keçirilən təlimdə əsas diqqət döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.

BAKU.WS
QALEREYA

Oxşar xəbərlər

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb - FOTO
"Altın Kıran - 2024" beynəlxalq taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib - FOTO
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan və Qazaxıstan hərbçiləri qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsini məşq edəcəklər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər