Azərbaycanda vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq
Azərbaycanda vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.
Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə görə, qurum daxili su obyektlərindən səmərəli istifadə etməklə, artırılması və yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılmasına və qorunub saxlanılmasına dair təkliflər hazırlamalıdır.
Bundan başqa, nazirlik balıqçılıq haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması və yetişdirilməsi nəzərdə tutulan nərə cinsli, keçici, yarımkeçici balıqların törədicilərinin tədarükü məqsədilə balıq və digər su bioresurslarının ov vətəgələrinin yaradılması barədə təkliflər hazırlamalıdır.
Həmçinin nazirlik balıqartırma müəssisələrində balıqçılıq haqqında texniki normativ hüquqi aktlara uyğun olaraq törədici balıqların, balıq körpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasını aparacaq, balıq və digər su bioresursları körpələrinin su obyektlərinə buraxılışı aktı tərtib edəcək.
Oxşar xəbərlər
Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xəzərdə nərə balıqlarının ovlanmasına qoyulan qadağanın ləğvi gözlənilmir
Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarlar təşkil ediləcək
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib













