Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşü çərçivəsində Türkmənistan və özbəkistanlı həmkarları ilə görüşüb.
"Far.Az" xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında yazıb.
"Liderlərimizin tapşırıqlarına uyğun olaraq, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri əziz həmkarım və qardaşım Rəşid Meredov və Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə üçtərəfli görüş keçirməkdən məmnun oldum.
Ölkələrimiz arasında ortaq tarixə, qarşılıqlı etimada və ümumi regional maraqlara əsaslanan qardaşlıq əlaqələrini və strateji əməkdaşlığı daha da gücləndirmək əzmimizi bir daha təsdiqlədik.
Üçtərəfli əməkdaşlıq formatının inkişaf etdirilməsi, nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsi, enerji və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də regional və regionlararası nəqliyyat dəhlizlərinin potensialından tam istifadə edilməsi məsələlərini müzakirə etdik.
Regional bağlantıların, iqtisadi inkişafın və sabitliyin təşviqi məqsədilə davamlı siyasi dialoqun, daha sıx koordinasiyanın və birgə səylərin vacibliyini vurğuladıq", - paylaşımda qeyd olunub.
Following the instructions of our leaders, was glad to host a trilateral meeting with dear colleagues and brothers, the Foreign Minister of Turkmenistan Rashid Meredov 🇹🇲 and the Foreign Minister of Uzbekistan Bakhtiyor Saidov 🇺🇿, on the sidelines of the 7th CICA Summit in Baku 🇦🇿. We reaffirmed our commitment to further strengthening the brotherly ties and strategic cooperation between our countries, building on our shared history, mutual trust and common regional interests. We discussed advancing the trilateral cooperation format, expanding transport and transit connectivity, enhancing energy and trade cooperation, and unlocking the full potential of regional and interregional transport corridors. Emphasized the importance of sustained political dialogue, closer coordination and joint efforts to promote regional connectivity, economic development and stability.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) October 15, 2026
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda AQEM-in Media Forumu keçirilib
Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq













