Azərbaycan həkimlərindən ibarət briqada Aktau şəhərinə ezam olunacaq
Far.Az xəbər saytı

Azərbaycan həkimlərindən ibarət briqada Aktau şəhərinə ezam olunacaq


Prezident İlham Əliyev AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı keçirdiyi müşavirədə bir sıra tapşırıqlar verib.

“Far.Az”un məlumatına görə, dövlət başçısı deyib ki, bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurmuş və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı ona məlumat verilib:

“Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edildi”.

İlham Əliyev əlavə göstərişlə Azərbaycan həkimlərindən ibarət briqadaların da Aktau şəhərinə tezliklə ezam olunacağını vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər