Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 15 nəfərdən 4-ü tapılıb - VİDEO - YENİLƏNİB 2
Krasnodar vilayətinin qubernatoru “Qavkaz” limanında batmış bərənin dənizə çıxmış dörd ekipaj üzvünün xilas edildiyini bildirib.
Far.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, komandanın geri qalan üzvlərinin də tapılması üçün işlər görüldüyünü açıqlayıb.
***
20:33
“Qavkaz” limanında hücuma məruz qalan gəminin 15 ekipaj üzvünün taleyi məlum deyil.
Far.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin “Neptun” raketi ilə zərbə endirməsindən sonra yanacaq çənləri olan “Korno Treyder” bərəsində olan 15 nəfər yoxa çıxıb.
Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində zədələnən gəmi “Qavkaz” limanının sularında batıb. Bu barədə Krasnodar vilayətinin operativ qərargahı məlumat yayıb.
Onlar əlavə ediblər ki, limanın özündə yanğın yoxdur.
***
19:58
Ukraynanın Rusiyanın Krasnodar diyarında yerləşən "Qafqaz" limanını raketlə vurması nəticəsində baş verən yanğına üçüncü dərəcə verilib.
Far.Az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Kuban əməliyyat qərargahından bildirilib.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin raket hücumu zamanı zədələnən gəmidə 30 yanacaq çəni olub. Hazırda alovun söndürülməsinə 100-dən çox adam cəlb olunub.
Fövqəladə hallar xidmətindən verilən məlumata görə, həmin vaxt bərədə ola biləcək 5 nəfərin taleyi aydınlaşdırılır.
O da bildirilib ki, raketin düşdüyü gəmi-bərə “Qafqaz” limanının sularında batıb.
Limanın öz ərazisində yanğın mənbələrinin olmadığı açıqlanıb.
***
18:32
Ukrayna Krasnodar diyarının Temryuk rayonundakı “Qafqaz” limanına hücum edib.
Far.Az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Ukrayna raketinin "Conroe Trader" dəmiryol bərəsinə düşdüyü bildirilib. Onun göyərtəsində neft sisternlərinin olduğu da məlumatlar arasındadır.
Hücumun Odessa vilayəti ərazisindən törədildiyi bildirilirb.
Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
İnsidentlə əlaqədar Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.
Oxşar xəbərlər
Ukraynanın Krasnodarda limanı raketlə vurması nəticəsində 15 nəfər itkin düşüb - VİDEO - YENİLƏNİB 1
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Bakıda Boneyra adasının müqəddəratının təyin edilməsi ilə bağlı konfrans keçirilib - FOTO
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə bağlı təxirə salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













