"Molfix" markası "Azərsun Holdinq"lə birgə uşaq evində sosial layihə həyata keçirib
"Molfix" markası, "Azərsun Holdinq" MMC ilə əməkdaşlıq çərçivəsində, uşaq evlərinə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə ənənəvi sosial layihəsini davam etdirir.
Bu dəfə reallaşdırılmış aksiya çərçivəsində, Bakı və Gəncə şəhərlərindəki körpələr evinə və uşaqlar evinə, həmçinin bir sıra aztəminatlı ailələrə "Molfix" markasına aid uşaq bezləri hədiyyə edilib. Ümumilikdə, 12 000 bağlama uşaq bezi ehtiyac sahiblərinə paylanılıb.
Bu sosial məsuliyyət layihəsinin əsas məqsədi, Azərbaycanda ən çox sevilən və istifadə olunan uşaq bezi markalarından biri olan "Molfix" ilə körpələrin və uşaqların gündəlik ehtiyaclarını qarşılamaq, onların sağlamlığına dəstək olmaqdır.
"Molfix" uşaq bezləri yüksək keyfiyyəti ilə tanınır. Azərbaycanda premium keyfiyyəti ilə anaların etibarını qazanan "Molfix", həm də bu növ sosial layihələrə verdiyi dəstəklə cəmiyyətin yanında olduğunu nümayiş etdirir.
"Azərsun Holdinq"in nəzdində fəaliyyət göstərən "Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" MMC (AKKİK) dünyada ən böyük 5 uşaq bezi istehsalçısından biri olan "Hayat Kimya"nın Azərbaycandakı rəsmi distributorudur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Müstəmləkəçi Norveç - “Etalon” dövlət yerli xalqların hüquqlarını necə pozur - ŞƏRH
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













