Azərbaycanda “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb
Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlayıb.
"Report" nazirliyə istinadən xəbər verir ki, bələdçidə dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin hazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərinin formalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsas məlumatlar əks olunub.
Nazirliyin internet səhifəsində yerləşdirilən bələdçidə gələn il hökumətin həyata keçirəcəyi sosial-iqtisadi layihələr, həmçinin mühüm xərc istiqamətləri olan ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin edəcək sürətli bərpa-yenidənqurma işlərinin davam etdirilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi, təhsil və səhiyyə xərcləri, dövlətin əsas vəzifələrinin və funksiyalarının həyata keçirilməsi üçün yaradılan maliyyə təminatı barədə məlumatlar əldə etmək olar.
"Büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində son illərdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olan bu nəşr vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaq", - deyə nazirlik bəyan edib.
“Vətəndaşın büdcə bələdçisi” ilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













