Azərbaycan mədəniyyətinin Avstriyada təbliğində fərqlənən diaspor fəalları mükafatlandırılıblar
Far.Az xəbər saytı

Azərbaycan mədəniyyətinin Avstriyada təbliğində fərqlənən diaspor fəalları mükafatlandırılıblar


Avstriyanın Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan Evində, Diasporla İş Üzrə Dövlət Komitəsinin rəsmiləri ilə bu ölkədəki diaspor fəalları ilə görüş keçrilib.

Bu barədə “Far.Az”a Avstriya Azərbaycanlıları Cəmiyyətindən bildirilib.

Tədbiri giriş sözü ilə açan Avstriya Azərbaycanlıları Cəmiyyəti və Salzburg Azərbaycan Evinin rəhbəri Fərid Əzizov Diasporla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyevaya Azərbaycan Evi haqqında geniş məlumat verib.

Fəallarla görüşün məqsədi diaspor quruculuq işlərində Avstriyada səmərəliliyini artırmaq və gələcək fəaliyyət xəritəsinin cızılması idi.

Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatının üzvlərini və fəalları "2024-cü il diaspor quruculuğunda göstərdiyi fəallığa görə" təşəkkürnamə ilə təltif olunublar.

Təltif olunan soydaşlarımız diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, Avstriya Respublikasında ölkəmizlə bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də mədəniyyətimizin Avstriya Respublikasında təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə təşəkkürnaməyə layiq görülüblər.

Tədbir iştirakçılarına Diasporla İş Üzrə Dövlət Komitəsinin hədiyyələri təqdim olunub.

Gülər Əliyeva, Paşa Əhmədov, Yeganə Özkan, Almaz Eyvazova ötən il diaspor quruculuğunda göstərdiyi fəallığa görə təltif ediliblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər