Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb


Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 38 min 717,4 ton duru bitki yağları istehsal edilib.

“Far.Az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

Hesabat dövründə Azərbaycanda həmçinin 45 min 151,1 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,3 % çoxdur.

Ötən ilin dekabrın 1-nə ölkədə 3 min 634,8 ton duru bitki yağı ehtiyatı, 3 min 747,7 ton isə marqarin ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 5,6 % az və 1 % çoxdur.

Xatırladaq ki, 11 ayda Azərbaycanda 4 milyard 287,2 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,3 % çoxdur

Oxşar xəbərlər

Azərbaycanda 11 ayda orta illik inflyasiya 2 % olub
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,5 % artıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda əhalinin çörək istehlakı azalıb
Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər