AGF rəsmiləri güləş məktəbinin fəaliyyəti ilə tanış olublar
Far.Az xəbər saytı

AGF rəsmiləri güləş məktəbinin fəaliyyəti ilə tanış olublar


Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri 4-cü mikrorayonda yerləşən güləş məktəbinin fəaliyyəti ilə tanış olublar.

"Far.Az" xəbər verir ki, AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və sərbəst güləş üzrə U-20 millisinin məşqçisi Nazim Əlicanov federasiyanın 2024-cü ildən inventar və maddi dəstək verdiyi güləş məktəbinə təşrif buyurublar.

Sərbəst güləş üzrə məşqlərin keçirildiyi bu zalda yeniyetmələr arasında Avropa çempionu və dünya üçüncüsü Elman Ağayev, U-15 Avropa çempionatının mükafatçıları Fərhad Süleymanlı və Nihad Süleymanlı yetişib.

Məşqçilər Əlisa Abbasov və Elxan İskəndərovun rəhbərliyi altında həftənin 6 günü burada ödənişsiz məşqlər keçirilir. Hazırda sözügedən məktəbdə 60-dan çox yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.

Oxşar xəbərlər

AGF rəsmiləri güləş zalının fəaliyyəti ilə tanış olublar
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
AGF daha bir güləş zalını istifadəyə verib
Azərbaycan Güləş Federasiyası Tərtərdə seminar keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər