Azərbaycan Prezidenti İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - VİDEO
Far.Az xəbər saytı

Azərbaycan Prezidenti İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - VİDEO




Avqustun 23-də Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

BAKU.WS xəbər verir ki, Azərbaycanın və Özbəkistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.

Sonra birgə foto çəkdirildi.

Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Dövlət başçıları birgə foto çəkdirdilər.

***10:22

Avqustun 23-də Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

BAKU.WS
VİDEO

Oxşar xəbərlər

Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB
Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi keçirilib
Prezidentin səfəri: Strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Özbəkistan əlaqələri - ŞƏRH
Rusiya Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub - VİDEO
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər