"Milan" "İnter"i məğlub edərək İtaliya Superkubokunun qalibi olub
"Milan" "İnter"lə Milan derbisində 0:2 hesabından “geri dönüş” 8-ci dəfə İtaliya Superkubokunu qazanıb.
“Far.Az” xəbər verir ki, qarşılaşma Ər-Riyadda (Səudiyyə Ərəbistanı) neytral “Əl-Əvval Park” stadionunda keçirilib. Matçın baş hakimi italiyalı Simone Sodza olub. Görüş "Milan"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 45+1-ci dəqiqədə "İnter"in hücumçusu Lautaro Martines açıb. 48-ci dəqiqədə Mehdi Taremi ev sahiblərinin üstünlüyünü ikiqat artırıb. 52-ci dəqiqədə Teo Hernandes buraxılmış qollardan birinin əvəzini çıxıb. 80-ci dəqiqədə Kristian Pulişiç hesabı bərabərləşdirib. 90+3-cü dəqiqədə "Milan"ın hücumçusu Temmi Abraham komandasını önə çıxarıb.
İtaliya Superkuboku ikinci dəfə dörd komandanın iştirakı ilə pley-off sistemi ilə keçirilib. Yarımfinalda "İnter" "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib. "Milan" isə öz növbəsində "Yuventus"u turnirdən kənarlaşdırıb - 2:1. Bütün oyunlar Səudiyyə Ərəbistanında keçirilib.
"Rossoneri" İtaliya Superkubokunu 2016-cı ildən bəri ilk dəfə qazanıb, ümumilikdə komandanın səkkiz belə titulu var. Əvvəllər üç il dalbadal bu kubok "İnter"ə qismət olub, ümumilikdə komanda İtaliya Superkubokunu səkkiz dəfə qazanıb. Bu göstəriciyə görə rekordçu doqquz dəfə kubok qazanan "Yuventus"dur.
Oxşar xəbərlər
“İnter” “Atalanta”nı məğlub edərək, İtaliya Superkubokunun finalına yüksəlib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













