Azərbaycanda ötən il dövlət qurumlarını hədəfə alan 2 milyondan çox zərərli elektron poçt bloklanıb
Far.Az xəbər saytı

Azərbaycanda ötən il dövlət qurumlarını hədəfə alan 2 milyondan çox zərərli elektron poçt bloklanıb


Ötən il Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 30 milyon 255 min 757 elektron məktubu emal edib, onlardan 28 milyon 142 min 767-ni istifadəçilərə çatdırıb, 2 milyon 112 min 990-nını isə zərərli tərkibli olduğu üçün bloklayıb.

“Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, 2023-cü illə müqayisədə bloklanmış məktubların sayı 24 % azalıb.

Təkcə IV rübdə 372 min 953 elektron məktub bloklanıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52 % azdır.

Xatırladaq ki, 2023-cü ildə dövlət elektron poçt xidmətinə 27 milyon 854 min 673 məktub daxil olub, onlardan 24 milyon 805 min 720-si istifadəçilərə çatdırılıb, 2 milyon 782 min 102-si zərərli tərkibli olduğu üçün blok edilib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər