Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin Sosial Müdafiə Sistemi İşçilərinin Təkmilləşdirmə Mərkəzi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
"Report" xəbər verir ki, görüş iştirakçılarına Milli Observatoriyanın fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirib ki, milli sosial müşahidə mərkəzi olaraq Observatoriya əmək bazarını təhlil edərək, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara tələbatı müəyyən edir, qeyri-formal məşğulluğun mövcud vəziyyətinin qiymətləndirilməsi və onu yaradan səbəblərin və risklərin aradan qaldırılması üzrə sorğular aparır, peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının həyata keçirilməsi ilə bağlı Nazirliyin təlim bazası qismində də iştirak edir.
Ölkəmizdə fəaliyyət göstərən müəssisələrdə əmək münasibətlərinin tənzimlənməsi, müəssisələrin mütərəqqi fəaliyyətinə dəstək olmaq və korporativ mühiti inkişaf etdirmək məqsədilə tətbiq edilən “DOST Müfəttiş” layihəsindən də bəhs edilib.
Təlim sahəsində göstərilən xidmətlərin beynəlxalq standartlarla təsdiqləndiyi qeyd edilib. Kadr potensialının gücləndirilməsi və təlim ehtiyaclarının müəyyən edilməsi istiqamətində aparılan qiymətləndirmə imtahanlarından, qiymətləndirmənin təşkili qaydalarından, əməkdaşların iş yükü analizinin aparılması, səriştə modelinin tətbiqi barədə görüş iştirakçılarının sualları cavablandırılıb.
Qeyd olunan istiqamətlərlə bağlı gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"
-
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirilib













