Rimas Kurtinaytis: "Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı"
Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı.
"Far.Az"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Naxçıvan"a qarşı Azərbaycan Basketbol Liqasının X turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis məğlub olduqları üçün məyus olduqlarını bildirib:
"Rəqib layiqli qələbə qazandı. Adətən oyunda üstünlü bizim tərəfimizdə olsa da, bu dəfə gedişata diqtə edən tərəf onlar idi. Görüşün əvvəli bərabər səviyyəli keçdi. Daha sonra rəqib önə hesabda önə çıxarkən oyunumuzda tələskənliyə yol verdik. Unutmaq lazım deyil ki, qarşılaşma 10 yox, 40 dəqiqədir. Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı".
O, yeni transferlərin çıxışları barəsində danışıb:
"Yeni transfer olunan basketbolçuların keyfiyyətli oyun nümayiş etdirdiklərini söyləyə bilərik. Lakin oyun fəlsəfəmizə uyğunlaşmaq üçün zamana ehtiyacı var. Basketbol intellekti yüksəkdir. Düşünürəm ki, bizim üçün faydalı olacaq”.
Qeyd edək ki, "Sabah" - "Naxçıvan" qarşılaşması ikincilərin 80:75 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rimas Kurtinaytis: "Xarakter göstərən bütün oyunçularıma təşəkkür edirəm"
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
Baş katib: Azərbaycan Basketbol Liqasının səviyyəsi ildən-ilə artır - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bild": Almaniya NATO-nun şərq cinahında tank briqadası yerləşdirir
-
"Bakı Marafonu 2026" başlayıb
-
Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib













