Bu gün Azərbaycan klublarından bəziləri yoxlama oyunları keçirəcəklər
Far.Az xəbər saytı

Bu gün Azərbaycan klublarından bəziləri yoxlama oyunları keçirəcəklər


Bu gün Azərbaycan klublarından bəziləri Misli Premyer Liqasında mövsümün ikinci yarısına hazırlıq məqsədi ilə yoxlama oyunları keçirəcəklər.

"Report" xəbər verir ki, günün ilk matçı Masazırdakı "Bank Respublika Arena"da reallaşacaq.

"Sabah" və "Şamaxı" kollektivləri arasında baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.

Ardınca "Qarabağ" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. "Azərsun Arena"nın köməkçi meydanındakı görüş 15:30-da start götürəcək.

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən "Turan Tovuz" isə Özbəkistanın "Paxtakor" klubunun müqavimətini qırmağa çalışacaq. Qərb təmsilçisinin sınaq oyununun start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.

Qeyd edək ki, daha əvvəl yoxlama matçlarında "Zirə" "Şamaxı"nı 3:1, "Qarabağ" isə "Kəpəz"i 5:1 hesabı ilə üstələyib. Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz" isə Rumıniyanın “Qloriya" (Buzeu) komandasına 0:2 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
"Turan"ın 70 yaşlı təsisçisi: "Klubun tarixi adını geri qaytarmaq olar" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər