Şavkat Mirziyoyev: COP29 çərçivəsində Bakı ilə imzalanan saziş "yaşıl enerji”nin Avropaya ixracına kömək edəcək
Far.Az xəbər saytı

Şavkat Mirziyoyev: COP29 çərçivəsində Bakı ilə imzalanan saziş "yaşıl enerji”nin Avropaya ixracına kömək edəcək


Bakıda keçirilmiş COP29 konfransı çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi "yaşıl enerji”nin Avropaya ixracına kömək edəcək.

“Report” xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Əbu-Dabidə keçirilən Dayanıqlı İnkişaf Həftəsində çıxışı zamanı bildirib.

Özbəkistan lideri qeyd edib ki, ölkə enerji sahəsində qarşılıqlı əlaqələr vasitəsilə Böyük İpək Yolunun dirçəldilməsi üçün ilk addımları atıb. "Qazaxıstan və Azərbaycandan olan tərəfdaşlarımızla COP29 çərçivəsində bu yaxınlarda imzalanmış çoxtərəfli saziş "yaşıl enerji”nin Avropaya ixracına imkan verəcək. Biz Mərkəzi Asiyanın günəş, su və külək enerjisi, eləcə də "yaşıl hidrogen” istehsalı sahəsində nəhəng potensialının birgə reallaşdırılmasında maraqlıyıq", - Mirziyoyev bildirib.

Onun sözlərinə görə, Özbəkistan Dubayda və Bakıda keçirilən COP28 və COP29 sammitlərində, həmçinin beynəlxalq forumlarda qlobal iqlim dəyişikliyinin mənfi nəticələri ilə mübarizə üzrə bir sıra təşəbbüslər irəli sürüb.

"Bu, xüsusilə iqlim dəyişikliyinin səbəb olduğu Zərər və itkilərin qiymətləndirilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması, çay ekosistemlərinin təhlükəsizliyinin təmin edilməsi və suya qənaət edən texnologiyaların tətbiqi üzrə Regional Mərkəzin təsis edilməsi, bitkilərin genetik ehtiyatları bankının formalaşdırılmasıdır", - prezident əlavə edib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər