Növbəti köç karvanı Şuşa, Xocalı və Ballıcaya çatıb - YENİLƏNİB
Ağdamdan bu gün yola salınan növbəti köç karvanı Şuşa, Xocalı şəhərləri və Xocalı rayonunun Ballıca kəndinə çatıb.
“Far.Az”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanında yer alan ümumilikdə 28 ailə (135 nəfər) öz ata-baba yurdlarına qayıdıb.
Onların arasında Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) yola salınıb.
Xatırladaq ki, bugünkü köçlər də nəzərə alınmaqla indiyə qədər Şuşa şəhərinə 371 ailə (1 396 nəfər), Xocalı şəhərinə 52 ailə (204 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 68 ailə (373 nəfər) köçürülüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.
“Far.Az”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, bu gün ümumilikdə 28 ailə (135 nəfər) öz ata - baba yurdlarına qayıdır.
Qeyd edək ki, Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) köçürülür.
Xatırladaq ki, bugünkü köçlər də nəzərə alınmaqla indiyə qədər Şuşa şəhərinə 371 ailə (1 396 nəfər), Xocalı şəhərinə 52 ailə (204 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 68 ailə (373 nəfər) köçürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib - YENİLƏNİB
Növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













